Amerikalıların vəşiliyinə daha bir nümunə

New Yorklu milyoner qadın Varşa Sabhnani (46), evindəki xidmətçiləri kölə olaraq işlətmək cinayətindən 11 il həbsə məhkum edildi.Keçdiyimiz il ortaya çıxan hadisədə Varşa və həyat yoldaşı, kölə işçi işlətmək, işgəncə və xariciləri evində gizləmək də daxil 12 ayrı cinayətdən mühakimə olunurdu. İndoneziyalı iki qurban məhkəmədə verdikləri ifadələrdə,
cəza olaraq süpürgə və çətir saplarıyla döyüldüklərini, bədənlərində bıçaqla dərin yaralar açıldığını və soyuq suda duş almağa məcbur edildiklərini söylədi. Xidmətçilərdən biri isə ədviyyat qablarını düzəltmədiyi üçün ev sahibi tərəfindən acı bibər yeməyə məcbur edildiyini ardından isə kusmuğunun yedirildiyini ifadə etdi.Qurbanlar ayrıca, heç istirahət etmədən işlədildiklərini, tez-tez döyüldüklərini və başlarından aşağı qaynar su töküldüyünü ifadə etdi. İddia hakimi Arthur Spatt qərar şərhində, milyoner sahibkar qadın Sabhnaninin, Samirah və Enung adlı xidmətçilərə bir heyvan kimi davrandığını yazdı. ABŞlı Prokuror Köməkçisi Demetri Jones isə, "Qurbanlar üçün ədalət: Hökumətin istədiyi də bu idi" deyə danışdı. Bu vaxt Sabhnani ayrıca, 25 min dollar pul cəzası ilə həbs cəzasına əlavədən 3 il nəzarətdə saxlanılacaq.Sahibkar qadının kefaletle sərbəst buraxılan həyat yoldaşı Mahender Sabhnani (51) haqqındakı qərar isə bu gün açıqlanacaq.
ABŞlı bir başqa Prokuror Köməkçisi Mark Lesko isə iddia əsnasında etdiyi şərhdə, "Bunlar 1800-cü illərdə belə olmurdu. Təəssüf ki yaşananlar 21. əsrdə meydana gəlməkdə. New Yorkda meydana gəlməkdə" deyə danışdı.


