Kateqoriyalar
Linklər
Syndicate
RSS 2.0
Atom 0.3
Powered by

Dövlət və siyasi hakimiyyət

2008-06-29 @ 08:27 in Siyasət köşəsi

     Siyasət insan fəaliyyətinin xüsusi bir növüdür. Siyasətçi kütlələrlə iş görür, müxtəlif maraq dairələri olan, bir-birindən bir çox cəhətdən fərqlənən insanların birlikləri ilə, kiçik qruplarla məşğul olur. Siyasi fəaliyyəti həyata keçirmək üçün müəyyən vasitələr, müəyyən təsisatlar tələb olunur.

Dövlətin hakimiyyət formaları və siyasi rejimlər.

Siyasət insan fəaliyyətinin xüsusi bir növüdür. Siyasətçi kütlələrlə iş görür, müxtəlif maraq dairələri olan, bir-birindən bir çox cəhətdən fərqlənən insanların birlikləri ilə, kiçik qruplarla məşğul olur. Siyasi fəaliyyəti həyata keçirmək üçün müəyyən vasitələr, müəyyən təsisatlar tələb olunur. Belə vasitələr bəşər sivilizasiyasının inkişafı gedişində yaranıblar bunlar siyasi sistem və dövlətdir.

Siyasi sistem deyəndə biz nəyi düşünürük? Siyasi sistem cəmiyyətdə hakimiyyəti həyata keçirmək üçün istifadə olunan çox sayda dövlət orqanları, çox sayda siyasi və ictimai orqanlar, təşkilatlar və idarələrdir.

Siyasi sistemin ən əsas əlamətləri.

1. Vətəndaşların idarəetmədə real iştirakının (və ya iştirak etməməsinin) təmin edilməsi;
Siyasi sistemin ən əsas əlamətləri bunlardır:

- birinci, vətəndaşların işlərin idarə olunmasında real iştirakının (və ya iştirak etməməsinin) təmin edilməsi; yəni insanların siyasi fəaliyyəti məhz siyasi sistem çərçivəsində, öz təşkilat və birliklərində həyata keçirilir;

- ikincisi, siyasi sistem vətəndaşların hüquq və azadlıqlarını həyata keçirməyə imkan verir (və ya imkan vermir);
Siyasi sistem siyasi münasibətləri; siyasi təşkilatları; siyasi normaları; siyasi baxışları, nəzəriyyələri və ənənələri əhatə edir.

Siyasi sistemin əsas ünsürü Dövlətdir.

Dövlət cəmiyyətdə siyasi sistemin əsas təsisatıdır. O, cəmiyyəti idarə edir, qoruyur və onun siyasi və ictimai quruluşunu təmin edir.

Dövlətin mövcud olduğu çoxəsrlik tarix boyu ona çox sayda müxtəlif baxışlar yaranıb - tərifdən, tam inkaretməyə qədər. Gəlin bu baxışların bir neçəsini nəzərdən keçirək.

Qədim Yunan filosofu Demokrit (e.ə. 460-370-ci illər) hesab edirdi ki, dövlətin vəzifəsi hamının rifahını və ölkədə ədaləti təmin etməkdir. "Yaxşı idarə olunan dövlət çox böyük dayaqdır. Onun içində hər şey var. Dövlət qorunub saxlananda hər şey tam halındadır, dövlət dağılsa onunla birlikdə hər şey məhv olar."

Roma oratoru, mütəfəkkir və dövlət xadimi Siseron (e. ə. 106-43-cü illər) dövlətə "xalqın mah" kimi baxındı. O belə hesab edirdi ki, "xalq hər necə gəldi birləşmiş adamların birliyi deyil; o, bir-biri ilə hüquq məsələləri və maraqların eyniliyinə görə bağlı olan insanların birliyidir."

İntibah dövrünün siyasi mütəfəkkiri, tarixçi, şair və ictimai xadim Nikkolo Makiavelli (1469-1527) qeyd edirdi ki, "İnsanlar üzərində hakimiyyətləri olmuş və hakimiyyətləri olan bütün dövlətlər ya respublikalar olub, ya da təkbaşına idarə olunan dövlətlər."

Anarxistlər dövlətin vacib olduğunu inkar edirdilər, çünki, onların fikrinə görə, dövlət şəxsiyyəti əzir.

Dövlətə bu qədər müxtəlif münasibətin olması nə ilə bağlıdır?

Bizim fikrimizcə, bu, iki əsas məqamla bağlıdır əvvəla, dövlətin apardığı siyasətlə; ikincisi, bu və ya digər ölkədə mövcud olan dövlət formaları və növləri ilə.

Beləliklə, "Politika" (siyasət) yunan dilində "dövlət işləri", "dövləti idarəetmə sənəti" deməkdir.

Burada, hər şeydən əvvəl, dövlətin əsas vəzifələrini müəyyənləşdirmək lazımdır. Bizə elə gəlir ki, bu suala iki əsr bundan evvəl yaşamış Adam Smitdən yaxşı cavab vermək çətindir.

"Təbii azad sistemə əsasən dövlət yalnız üç vəzifəni yerinə yetirməlidir. Doğrudur, bu üç vəzifə çox mühüm əhəmiyyətə malikdir, lakin son dərəcə aydın və anlaşılandır: birinci vəzifə cəmiyyəti başqa müstəqil cəmiyyətlərin zorakılığından və başqa azad cəmiyyətlərin hücumundan qorumaqdır, ikinci vəzifə, cəmiyyətin hər bir üzvünü mümkün qədər onun digər üzvlərinin ədalətsizliyindən və zülmündən qorumaq, başqa sözlə, ciddi və qərəzsiz məhkəmə icrasına nail olmaqdır və nəhayət üçüncü vəzifə müəyyən ictimai təşkilatlar yaratmaq və onları maliyyələşdirməkdir. Belə təşkilatların yaradılması və maliyyələşdirilməsi ayrı-ayrı adamların və ya kiçik qrupların xeyrinə ola bilməz, çünki onlardan gələn gəlir ayrı-ayrı adamların və ya kiçik qrupların xərcini çıxara bilməz, lakin çox vaxt böyük cəmiyyətin xərcini artıqlaması ilə ödəyə bilər".

Başqa sözlə desək, dövlətin ilk iki vəzifəsi cəmiyyətin üzvlərini öz həmvətənlərindən və xaricdən müdafiə etməkdir.

Dövlətin üçüncü vəzifəsi - hər bir hökumətin azad cəmiyyət yaratmaq və onu qorumaq məqsədinə yönəlmiş tədbirlər görməsidir (elə mexanizmlər yaranmalıdır ki, onların sayəsində vətəndaşların hüquqları təmin edilsin). Bu, hər bir hökumətin borcudur.

Göstərilən vəzifələri yerinə yetirmək üçün dövlətə hakimiyyət orqanları; idarəetmə orqanları; məcburetmə orqanları; məhkəmələr lazımdır.

Dövləti fərqləndirən cəhət onun suverenliyidir; yəni o, bütün cəmiyyəti rəsmən təmsil etmək, cəmiyyətin üzvləri üçün vacib olan qanunlar və başqa normativ aktlar hazırlamaq hüququna malikdir. Dövlət hakimiyyətinin ixtiyarında peşəkar idarəetmə aparatı, eləcə də ordu, və məcburetmə aparatı funksiyasını yerinə yetirən polis var.

Dövlətin başında kim durur və nə üçün? Hər şeydən əvvəl dövlətə başçılıq etmək hüququnun mümkün variantlarını müəyyənləşdirmək lazımdır:

1. Bu hüquq irsi ola bilər, bu halda hakimiyyət dədə-babadan varislərə qohumluq prinsipi əsasında keçir.

2. Bu, azad seçkilər vasitəsilə bir neçə namizədin arasından ən layiqli olanının seçilməsinə əsaslana bilər.

3. Və, nəhayət, hakimiyyət hüququ sui-qəsd, çevriliş, hərbi çevriliş və ya inqilab yolu ilə ələ keçə bilər.

İndi isə, gəlin dövlət hakimiyyət formalarının təsrifinə keçək. Bunu hökmranlıq edənlərin sayına əsasən daha asanlıqla müəyyənləşdirmək olar. Əgər ölkəni bir adam idarə edirsə, və sonradan hakimiyyəti nəslən ötürülürsə, belə dövləti monarxiya adlandırmaq olar. Əgər ölkəni bir qrup adam idarə edirsə, bu aristokratik hökumətdir (aristokratiya). Və, nəhayət, demokratiya xalqın hakimiyyətidir.

Ola bilər ki, adları çəkilən dövlət hakimiyyəti formalarının hər biri yaxşı olsun, bir şərtlə ki, o, xalqın rifahına yönəlsin. Bu, özünü qanunlarda, ənənələrə və ölkədə yaşayan adamların etiqadlarına riayət edilməsində göstərə bilər.

Məsələn, biz deyəndə ki, ölkələri diktatorlar idarə edir, gözlərimizin qarşısına heç də hər hansı bir monarx gəlmir (hərçənd ki, hər iki halda ölkəni bir adam idarə edir). Bizim monarxiyaya diktatorlardan daha yaxşı münasibət bəsləməyimizin səbəbi odur ki, monarxiya qanuni yolla bir adamın hökmranlığını təmin edir. Deməli fərq ondadır ki, hökmdar hakimiyyətə əhali tərəfindən qəbul edilmiş üsulla gəlib, yoxsa zorla və ya yalan yolu ilə hakimiyyəti ələ keçirib.

Rusiyada 1613-cü ildə - zemstvo yığıncağında Mixail Fyodoroviç Romanov rus çarı seçilmişdi.

Bununla Rusiyada 1917-ci ilə qədər hökmranlıq edən çar sülaləsinin əsası qoyulmuşdu.

Biz kral və ya çar hakimiyyətini konstitusiyalı hakimiyyət hesab edirik, baxmayaraq ki, bu halda bizim bildiyimiz anlamda konstitusiya olmaya da bilən müstəbidin hakimiyyəti isə qeyri-konstitusiondur. Lakin qeyd etmək lazımdır ki, monarxiya, təkcə hakimiyyətin başqasına verilməsi yolları müstəsna olmaqla, qeyri-məhdud ola bilər, eyni zamanda o, qanunlar məcəlləsi və ya konstitusiya ilə məhdudlaşdırıla bilər.(1)
-------------------------------------------------------------------------------------------
1. Parlament monarxiyasını konstitusion monarxiyadan fərqləndirmək çox vacibdir. Tam müstəqil hakimiyyət formaları olan hər iki monarxiyanın çox əsaslı fərqləri var. Hakimiyyəti təmsil edənlər hər iki halda müxtəlifdir: bu ya kraldır (hökmdar), və ya parlamentdir; deməli onlar konstitusiya yazma yollarına görə də fərqlidirlər.

Konstitusiya deyəndə biz nə başa düşürük?
Nəzərdə tutmaq lazımdır ki, dövlətin formal adı və ölkədə qəbul edilmiş əsas qanununun (konstitusiyanın) mövcud olması ilə real tarixi təcrübə arasında çox vaxt böyük fərq olur. Konstitusiya (əsas qanun) deyərkən adətən dövlət strukturunu, hakimiyyətin səlahiyyətlərini, insan haqqlarının təminatını müəyyənləşdirən ən mühüm qanunlar məcəlləsi nəzərdə tutulur. Bu qanunlar, bir qayda olaraq, vahid bir sənəd halında formalaşdırılır, onu çox vaxt əsas qanun adlandırırlar; lakin konstitusiya Böyük Britaniyada olduğu kimi, bir neçə əsr boyu toplanmış parlament qanunları, məhkəmə işləri, konstitusiya yolu ilə qəbul edilmiş müqavilələr, adət-ənənələrin məcmusu da ola bilər. Bu yazılmamış konstitusiyaya əsasən Böyük Britaniyada konstitusiyalı monarxiya mövcuddur dövlətin başçısı kraliçadır. Kral hakimiyyəti ömürlükdür və nəsildən-nəslə keçir.

Qeyd etmək lazımdır ki, bir çox ölkələrdə illər keçdikcə Konstitusiya dəyişikliyə uğrayır, ona düzəlişlər edilir. Məsələn, ABŞ-ın Konstitusiyası 1787-ci il, sentyabrın 17-də qəbul edilmiş 7 ən mühüm maddədən və 26 düzəlişdən ibarətdir (ilk 10 düzəliş -insan haqqlarına dair Bill 1791-ci ildə, son 26-cı düzəliş 1971-ci ildə edilmişdir. Digər ölkələrin Konstitusiyaları da buna bənzər təkamül yolunu keçir. Lakin düzəliş etmək prosesi müxtəlif yolla həyata keçirilir. ABŞ-da bu daha mürəkkəbdir o, bir neçə mərhələdən keçir və əksəriyyətin razılığını tələb edir. Bir çox başqa ölkələrdə düzəlişin qanunverici orqan tərəfindən irəli sürülməsi və gələn seçkilərdə seçicilərin onu təqdir etməsi kifayətdir. Yalnız bir şeyi qeyd etmək istərdik ki, Konstitusiyaya edilən bütün düzəliş və dəyişikliklər yalnız bir halda yolverilməzdir, yəni, K. Popperin fikrinə görə, onlar "hüquq sisteminin demokratik xarakterinə xələl gəlirə bilən düzəlişlər olmamalıdır".
---------------------------------------------------------------------------------

İnqilaba qədərki Rusiya 1905-ci ilə qədər qeyri-məhdud monarxiyaya (bəzən buna mütləq monarxiya deyilir) parlaq nümunədir.

İndi hakimiyyət formaları haqqında söhbətimizi davam etdirək. Dövlət hakimiyyətinin yuxarıda göstərilən üç forması qanunla məhdudlaşdırılmır, burada şəxsi maraqlar güdülür. Bu halda konstitusiyalı hakimiyyət qeyri-konstitusiyalı hakimiyyət formasına keçə bilər. Bu proses əks istiqamətdə də mümkündür.

Konstitusiyalı hakimiyyət - qeyri-konstitusiyalı formaya keçir:

Monarxiya - istibdada
aristokratiya - oliqarxiyaya
demokratiya - oxlokratiyaya (xalqın hökmranlığı).

Hakimiyyəti bu və ya digər formaya aid etməyin yollarından biri aşağıdakı suala cavab verməkdir: Həmin ölkənin vətəndaşları öz hakimiyyətlərini qanuni hesab edirlər ya yox? Əgər hakimiyyət qanunidirsə və o, ölkə əhalisinin əksəriyyəti tərəfindən tanınırsa, deməli legitimdir, yəni vətəndaşlar onu qanuni hesab edir.

Verilən cədvəl müxtəlif hakimiyyət formaları haqqında yalnız sxematik bir təsəvvürdür. Real həyatda başqa variantlar da mümkündür. Bəşəriyyətin sivilizasiya tarixində elə hökumətlər olub ki, onlar cədvəldə verilmiş formaların heç birinə uyğun gəlmir.

Həyat hər cür nəzəriyyədən, hər cür sxemdən qat-qat zəngindir. Bir çox alimlər əsaslı olaraq hesab edirlər ki, yuxarıda adları çəkilənlər heç də arzuedilən hökumət formaları deyil, bu formaların bir neçəsinin, heç olmasa ikisinin birləşməsi daha üstün hakimiyyət forması ola bilər. Bu alimlər ona görə belə düşünürlər ki, hər bir dövlət formasının o cümlədən konstitusiyalı dövlətlərin, öz üstün cəhətləri və çatışmazlıqları var.

Dövlət hakimiyyət formaları ilə yanaşı müxtəlif siyasi rejimləri də - anarxizm, avtoritarizm, totalitarizm - müəyyənləşdirmək lazımdır.

B. J. Prudon və M. A. Bakunin haqlı olaraq anarxizmin baniləri hesab edilirdilər. Onlar hər cür dövləti rədd edirdilər. M. A. Bakunin dəfələrlə qeyd edirdi ki, "əgər dövlət varsa, hökmən ağalıq da, deməli köləlik də var; köləlik olmadan (istər açıq-aşkar, istərsə də maskalanmış halda) hökmranlıq mümkün deyil. Biz elə buna görə dövlətin düşməniyik". Anarxizm (yunan dilində özbaşınalıq, hökumətsizlik deməkdir) dövlət hakimiyyətinin və ya hər hansı digər siyasi hakimiyyətin vacibliyini inkar edən, qeyri-məhdud insan azadlıqlarını təbliğ edən, insanlar arasında münasibətlərdə hamı üçün ümumi olan heç bir qanun-qayda tanımayan ictimai-siyasi cərəyandır. Bizcə anarxiyanı əslində hər bir gücün hər bir gücsüz üzərində hökmranlığı kimi başa düşmək tamamilə düzgün olar.

Totalitarizm (latın dilində totalis - tam, bütün, ümumi) "hər şeyi əhatə edən bütövlük", "tam birlik" deməkdir. O, XX əsrin məhsuludur. Totalitar ideyaların tərəfdarları öz nəzəriyyələrini həyata keçirmək işində dövləti ən mühüm alət hesab edirdilər. Dövlət əslində ilahiləşdirilirdi. Məsələn, Mussolini belə bəyan edirdi: "Hər şey dövlət üçündür, dövlətdən başqa heç nə yoxdur. Dövlət əleyhinə heç nə olmamalıdır."

Dövlətə belə baxışın təhlükəliliyi nədədir?

Hər şeydən əvvəl ondadır ki, totalitar dövlət ümumiyyətlə insana bir şəxsiyyət kimi, xüsusilə də azad bir şəxsiyyət kimi baxmır, onu öz məqsədlərinə nail olmaq üçün bir alətə çevirir.

Avtoritar rejim məhdud plüralizmə malik olan bir sistemdir. Onun hər şeyi əhatə edən nəzəriyyəsi (totalitarizmdən fərqli olaraq) yoxdur, o, kütlələrə arxalanmır (demokratiyadan fərqli olaraq). Avtoritar rejimlər ölkədə böhran nəticəsində, demokratik hakimiyyət formaları yıxılandan sonra (Latın Amerikası ölkələrində baş vermiş hərbi çevrilişlər), müstəmləkə hökmranlığının devrilməsi ilə əldə edilən müstəqillikdən sonra (bir sıra Asiya və Afrika ölkələrində) ölkədəki qeyri-stabillik nəticəsində, çoxmillətli cəmiyyətlərdəki (ümumxalq seçkiləri keçirilməzdən evvəl Cənubi Afrikada) münaqişələr nəticəsində, totalitarizmin zəifləməsi (1953-cü ildə İ. Stalinin ölümündən sonra SSRİ-də olduğu kimi) nəticəsində meydana çıxır.

Beləliklə, dövlət hakimiyyəti formalarını müəyyənləşdirdikdən sonra qeyd etmək lazımdır ki, dövlət strukturu hökmən xalqın ənənələrini nəzərə almalıdır. Bibliyada yazılıb: "Allah belə deyir: getdiyiniz yolda ayaq saxlayın, qədimlərin keçdiyi yolları soruşub öyrənin, baxın görün hansı yol daha yaxşıdır və həmin yolla gedin. Əgər müxtəlif dövlətlərin

nümunəsində müxtəlif dövlət quruluşlarmı təhlil etsək etiraf etməliyik ki, demokratiya indiyə qədər əldə edilən ən yaxşı nailiyyətdir. Demokratiyanı

sosial rejimlər içində etik cəhətdən ən düzgün forma hesab etmək olar, çünki demokratiya şəraitində dövlət özü öz vətəndaşları naminə mövcuddur və onların azadlıqlarmı təmin edir. Hakimiyyətin demokratik forması siyasi hakimiyyətin bir adamın əlində toplanmasını qeyri-mümkün edir. Amerika Birləşmiş Ştatlarının dördüncü prezidenti - ABŞ Konstitusiyasını işləyib hazırlayanlardan biri Ceyms Medison qeyd edirdi ki, "hakimiyyətin - qanunverici, icraedici və məhkəmə hakimiyyətinin" bir əldə topalanmasını tam hüquqla istibdadın müəyyənləşdirilməsi hesab etmək olar". Lakin hakimiyyətin bölünməsi, bir tərəfdən, vəzifələrin dəqiq müəyyənləşdirilməsini təmin edir və hakimiyyətdən hər cür sui-istifadə etmənin qarşısını alır, digər tərəfdən, müəyyən mənada, dövlətin yürütdüyü siyasətdə iştirak etməyə, və müəyyən dərəcədə kollektiv məsuliyyət daşımağa şərait yaradır.

§ 11. DEMOKRATİK QURULUŞUN ƏSAS TİPLƏRİ

Bilməlisiniz ki, ölkə rəhbərlərinin və nümayəndələrinin seçilmə üsullarına görə müxtəlif tip demokratik quruluşlar mövcuddur: parlament demokratiyası və prezident demokratiyası.

Parlament sistemi hökumətin (başda baş nazir olmaqla, parlamentdə çoxluğu qazanmış partiya və ya bir neçə partiyanın birləşməsi (koalisiya) tərəfindən formalaşdırılmasını nəzərdə tutur.

Parlament demokratiyası və prezident demokratiyası icraedici və qanunverici hakimiyyətlərin qarşılıqlı münasibətlərinə görə də bir-birindən fərqlənirlər. Birinci halda hakim rol parlamentə məxsusdur, ikinci halda isə ölkənin prezidenti həm hakimiyyətin, həm də dövlətin başçısını özündə cəmləşdirir. Prezident və eləcə də qanunverici hakimiyyət xalq tərəfindən seçilir.

Bu, sxematik olaraq belə görünür.


SEÇİCİLƏR
səs verir

QANUNVERİCİ HAKİMİYYƏT
təklif edir MƏHKƏMƏ HAKİMİYYƏTİ
qanun qəbul edir seçir
BAŞ NAZİR

təklif edir
QANUNLAR


Parlament sistemi

 



SEÇİCİLƏR
səs verir
QANUNVERİCİ HAKİMİYYƏT
təyin edir
təklif edir PREZİDENT MƏHKƏMƏ HAKİMİYYƏTİ
təklif edir
qəbul edir təqdir edir
QANUNLAR

Hakimiyyətin parlament forması.(2)
------------------------------------------------------------------------
2. Richard C. Remy. United States Government Democracy in Action, USA, 1993, p. 807.
------------------------------------------------------------------------

Parlament hakimiyyəti formasında siyasi partiyalar böyük əhəmiyyət kəsb edir. Lakin qeyd etmək lazımdır ki, parlament üzvləri cəmiyyətin ayrı-ayrı hissələri olan partiyaların adından deyil, bütövlükdə xalqın adından çıxış etməlidirlər. O da şübhəsizdir ki, cəmiyyətin siyasi bölgüsü seçkilər mərhələsində daha çox təsir gücünə malik olur; parlamentin daxilində isə siyasi partiyalar bir qayda olaraq fraksiyalarda birləşərək parlamentdə çoxluğu və müxalifəti təmsil edirlər.

Prezident hakimiyyəti formasında cəmiyyətin siyasi bölgüsü qanunverici orqanların fəaliyyətinə nisbətən az təsir göstərir. Yalnız bir halda, əgər çoxluq (məsələn, ABŞ Konqresində) prezidentin mənsub olduğu partiyaların üzvüdürsə, Prezident öz qanunlarını Konqresdə daha asanlıqla keçirə bilir.

Nümayəndəlik sistemində də bir sıra fərqlər var.

Beləliklə, parlament hakimiyyəti forması ilə prezident hakimiyyəti forması arasındakı əsas fərq qanunverici və icraçı hakimiyyət arasında olan qarşılıqlı münasibətdə özünü göstərir. Parlament sistemində bu, praktik olaraq, eyni şeydir, çünki baş nazir də, kabinetin üzvləri də parlamentin üzvləridir. Hökumətin səlahiyyətləri adətən müəyyən bir dövrlə - 4-5 illə məhdudlaşır; lakin əgər baş nazir parlamentdə çoxluğu itirirsə, yeni seçkilər aparılır və ya yeni kabinet təşkil edilir.

Prezident sistemində ölkədə prezident postu hökumət başçısı və dövlət başçısı vəzifələrini özündə cəmləşdirir. Prezident, eləcə də konqres üzvləri, müstəqil olaraq xalq tərəfindən müəyyən bir müddətə seçilir. Hakimiyyət bölgüsü modelinə əsasən, kabinet üzvləri adətən konqresin üzvü olmurlar. Əgər prezidentin partiyası qanunverici orqanda əksəriyyəti təşkil edirsə, bu, prezidentə öz siyasi proqramlarını qəbul etdirməyə kömək edə bilər, lakin prezident, baş nazirdən fərqli olaraq, vəzifədə qalmaq üçün əksəriyyətdən asılı deyil.

Müxtəlif ölkələrdə prezident və parlament sistemlərinin müxtəlif modelləri mövcuddur.

Nümunə üçün onların bir neçəsini nəzərdən keçirək.


FRANSADA PREZİDENT SİSTEMİ

KOLLEGİYA SEÇİCİLƏR
seçir seçirlər
SENAT MİLLİ MƏCLİS PREZİDENT
PARLAMENT seçir
BAŞ NAZİR
KABİNET

YAPONİYADA HÖKUMƏTİN TƏŞKİLİ

SEÇİCİLƏR
səs verirlər
PARLAMENT
NÜMAYƏNDƏLƏR PALATASI PALATA
seçir
BAŞ NAZİR
buraxa bilər təyin edir
KABİNET
MEKSİKADA HÖKUMƏTİN TƏŞKİLİ

SEÇİCİLƏR
səs verirlər
PREZİDENT KONQRES
təyin edir SENAT NÜMAYƏNDƏLƏR PALATASI
ALİ MƏHKƏMƏ
NAZİRLƏR ŞURASI


Demokratiyanın əsas dörd tipi (ayrı-ayrı ölkələrin və regionların nümunəsində) (3)
------------------------------------------------------------------------------
3. A. Liyvart. Yeni demokratiyaların Konstitusiya imkanları, 1991.
--------------------------------------------------------------------------------

PREZİDENT PARLAMENT

SƏS ÇOXLUĞU İLƏ SEÇKİLƏR Amerika Birləşmiş Ştatları Avstraliya
Filippin Hindistan
Kanada
Malayziya
Yeni Zelandiya
Böyük Britaniya
Yamayka

PROPORSİONAL NÜMAYƏNDƏLİK Latın Amerikası Qərbi Avropa

Demokratiyanın en mühüm qərarlarından biri onun öz rəhbərlərini və nümayəndələrini seçmək üsuludur. İki üsul mümkündür.

1. Parlament sistemində qanunverici orqanda (parlamentdə) çoxluğu qazanan partiya başda baş nazir olmaqla hökuməti formalaşdırır.

2. Qanunverici orqandan asılı olmayaraq müstəqil prezident seçkiləri keçirilir.

Parlament və prezident hakimiyyəti formalarının müsbət və mənfi cəhətləri.

Parlament sistemlərinin cəlbedici cəhəti bu sistemlərin baş verən dəyişikliklərə reaksiya vermək bacarığında, onların çevikliyindədir. Parlament hökumətləri, xüsusən də əgər onlar proporsional nümayəndəlik yolu ilə seçiliblərsə (bu barədə gələn fəsillərdə daha ətraflı danışacağıq), çoxpartiyalılığa meyl edirlər, hətta kiçik siyasi qruplaşmalar da qanunverici orqanda təmsil olunurlar. Nəticədə lap kiçik azlıqlar da lap yüksək səviyyədə siyasi proseslərdə iştirak edə bilir. Mübarizə aparan partiyalar hakim koalisiya formalaşdırdıqları vaxt bu müxtəliflik dialoq prosesi üçün və kompromisə nail olmaq üçün stimul yaradır. Əgər koalisiya dağılarsa, və ya partiya öz mandatını itirərsə, baş nazir istefaya çıxır və yeni hökumət təşkil edilir və ya yeni seçkilər keçirilir. Bu halda demokratik sistem üçün təhlükə törədə bilən böhran baş vermir.

Parlamentlərin əsas çatışmazlığı çevikliyin və idarəetmədə iştirak etmənin o biri üzüdür. Bu, qeyri-sabitlikdir.

1. Çoxpartiyalı koalisiya möhkəm olmaya bilər və siyasi böhranın ilk əlamətləri görünən kimi dağıla bilər. Hökumət üçün bu, kifayət qədər qısa fəaliyyət dövrüdür.

2. Hökumət ekstremist partiya və qruplaşmaların təsiri altında ola bilər. Bu partiyalar hökuməti hakim partiyadan çıxacaqları və bunun ardınca baş verə bilən hökumət istefası ilə hədələyərək ondan spesifik siyasi kursların həyata keçirilməsini tələb edə bilərlər. Bundan əlavə, baş nazirlər, sadəcə olaraq, siyasi liderdir, onların bilavasitə xalq tərəfindən seçilənlər qədər nüfuzu yoxdur.

3. Parlament üstünlüyünü məhdudlaşdıra bilən formal təsisatların olmaması da narahatlıq doğurur. Parlamentdə böyük çoxluq təşkil edən partiya heç bir təsirli məhdudiyyət görmədən, ciddi nəticələr verə bilən elə siyasi proqramları həyata keçirə bilər ki, bu da perspektivdə əksəriyyətin istibdadına gətirib çıxara bilər.

Prezident sisteminin əsas xüsusiyyətləri bunlardır: əvvəla, prezident sistemi bir başa hesabat verilməsini tələb edir, prezidentliyin müəyyən müddəti və gücü var; ikincisi, xalq tərəfindən müəyyən müddətə seçilmiş prezidentlər öz partiyalarının konqresdəki vəziyyətindən asılı olmayaraq, müstəqil seçkilərdən irəli gələn səlahiyyətlər tələb edə bilərlər; üçüncüsü, real lakin nəzəri cəhətdən bərabər hakimiyyət strukturları yaradarkən prezident sistemi güclü qanunverici üsul-idarə yaratmağa çalışır, onların hər birinin xalqın mandatını qazanmağa haqqı var, onların hər biri digərinin fəaliyyətini məhdudlaşdıra və tarazlaşdıra bilər.

Prezident və qanunvericilərin ayrı-ayrılıqda seçilməsi müəyyən çətinlik yaradır. Prezident öz proqramını həyata keçirə bilmək üçün kifayət olan səsləri qazanmaya da bilər, lakin o, özünün veto hüququndan istifadə edərək, öz qanunvericilik proqramını həyata keçirməyə can atan konqresin qarşısını ala bilər. Müstəqil yolla seçilmələrinə əsaslanan prezidentlər baş nazirlərə görə daha qüdrətli ola bilərlər. Lakin onlar qanunverici orqanla razılığa gəlməlidirlər, bu qanunverici orqan, müxalifətin ona nəzarət edib etməməsindən asılı olmayaraq, prezident seçkilərindən ayrı, öz seçki əsasına malikdir. Nəticədə burada partiya intizamı parlament sistemində olduğundan zəifdir. Məsələn, prezidentlər partiyanın ayrı-ayrı üzvlərini partiyadan xaric edə bilməzlər, onları nizam-intizama çağıra bilməzlər. Baş nazirlər isə adətən bunu edə bilirlər. Güclü parlament çoxluğuna malik olan baş nazir hökumətin qanunvericilik proqramının keçirilməsinə təminat verə bilər. Öz müstəsna hüquqlarını qısqanclıqla qoruyan konqreslə iş görən Prezident çox vaxt uzun-uzadı danışıqlar aparmalıdır ki, hər hansı bir qərarın qəbul edilməsinə nail olsun.

Təbiidir ki, belə bir sual meydana çıxır hansı sistem demokratiyanın tələblərinə daha yaxşı cavab verir? Buna birmənalı cavab vermək mümkün deyil. Lakin bu problem daim politoloqların, sosioloqların və siyasətçilərin müzakirə mövzusudur. Bu ona görə baş verir ki, hər bir sistemin müsbət və mənfi cəhətləri var. Bizə elə gəlir ki, bu sistemlərin heç biri demokratiyaya tam təminat verməsələr də, onlar konstitusiyalı demokratiya ilə birgə mövcud ola bilərlər.

Hakimiyyət bölgüsü qanunverici, icra və məhkəmə hakimiyyətlərinin olmasını nəzərdə tutur. Bu halda dövlət orqanlarının heç biri tam dövlət hakimiyyətinə malik olmur.

1789-cu ildə Amerika Konstitusiyasında dəqiqliklə müəyyənləşdirilən bu hakimiyyət bölgüsü, onun müəlliflərinin fikrincə, hakimiyyətin milli hökumətin bir qolunda cəmləşməsinin qarşısını almalı idi. Konstitusiyanın yaradılmasında çox mühüm rol oynayan Ceyms Medison (ABŞ-ın dördüncü prezidenti) deyirdi: "Bütün hakimiyyətin - qanunverici, icra və məhkəmə hakimiyyətinin bir əldə cəmləşməsini əsl mənada istibdad adlandırmaq olar."
Belə bir düzəliş etmək lazımdır Amerika Konstitusiyasını tərtib edənlərin hazırladıqları sistem hakimiyyətlərin bölgüsündən daha çox, onların birgə fəaliyyətini nəzərdə tutub. Məsələn, qanunvericilik təşəbbüsü Konqresə məxsusdur, lakin Prezidentin Konqres tərəfindən qəbul edilmiş qanunlara veto qoyma hüququ var. Prezident vetosuna üstün gəlmək üçün konqres hər iki palatada - Nümayəndələr Palatasında və Senatda üçdə iki səs çoxluğu qazanmalıdır.

Prezident Kabinet üzvlərini və səfirləri təyin edir, beynəlxalq razılıqlara dair danışıqlar aparır, lakin bütün bunlar Senat tərəfindən təsdiq edilməlidir.

Digər tərəfdən, Konstitusiyaya görə yalnız Konqres müharibə elan etmək hüququna malikdir, lakin silahlı qüvvələrin baş komandanı Prezidentdir.

Hakimiyyətin üç qolu: qanunverici hakimiyyət, icra və məhkəmə hakimiyyəti.

Tarixən təşəkkül tapmış ənənələrdən asılı olaraq, hakimiyyətin qanunvericilik orqanlarını fərqləndirən ən mühüm cəhətlərdən biri bir və ya ikipalatalı sistemdir (hər iki sistemin fəaliyyət mexanizmi "Federalizm" fəslində daha geniş açılacaq).

Belə hesab edilir ki, ikipalatalı quruluş, bir qayda olaraq, federativ dövlətlərdə mövcuddur. Bir palata bütövlükdə xalqın maraqlarmı təmsil edir, ikinci palata isə ayrı-ayrı regionların (ştatların) maraqlarını müdafiə edir. Lakin müxtəlif növ qanunverici orqanların tarixi göstərir ki, qanunverici orqanların ikipalatalı sistemi federativ dövlətlərin meydana çıxmasından xeyli əvvəl yaranıb və XIII əsrin sonunda vassalları, dini və kübar lordları birləşdirən ingilis parlamentinin ikipalatalı sistemindən törəyib. Bu sistemin səlahiyyətləri tədricən azaldılsa da (1911-ci ildə Lordlar palatası maliyyə məsələlərinə dair qanun layihələrinə düzəliş etmək hüququndan məhrum edilmişdi. 1948-ci ildə isə onun qəbul edilmiş qanun layihələrini təxirə salmaq hüququ da məhdudlaşdırılmışdı), o indi də mövcuddur. İngiltərə parlamentində 872 zadəgan per var.

Demokratik dövlətdə qanunverici orqanların üç əsas vəzifəsini qeyd etmək lazımdır:

1. Qanunvericilik təşəbbüsü. Buraya beynəlxalq müqavilələri və sazişləri müzakirə və ratifikasiya etmək hüququ da daxildir.

2. Dövlət büdcəsi layihələrinin müzakirə edilməsi və ona nəzarət.

3. İcra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi.


Bir çox ölkələrdə qanunvericilik təşəbbüsü həm qanunverici, həm də icra hakimiyyətlərinə məxsusdur. Bundan əlavə, prezident hakimiyyəti şəraitində bu və ya digər qanun layihəsinin ləğv edilməsi yolu ilə (veto hüququ) qanunların yaranması prosesinə qəti surətdə müdaxilə etmək hüququ da mövcuddur. Veto hüququnun tətbiq edilməsi üsulu müxtəlif regionlarda fərqli xüsusiyyətlərə malikdir. Məsələn, ABŞ-da Konqres tərəfindən qəbul edilmiş hər bir qanun layihəsi prezidentə göndərilir. Əgər prezident qanun layihəsini bəyənmirsə, o, 10 gün müddətində həmin proyekti öz təklifləri ilə bir yerdə geri qaytarmalıdır. Əgər qanun layihəsi 10 gün müddətində prezident tərəfindən imzalanmasa və geri qaytarılmasa, o, qüvvəyə minir, lakin bir şərtlə - əgər Konqres hələ öz işini bitirməyibsə. Belə olduqda əgər qanun layihəsi prezidentə Konqresin işinin qurtarmasına 10 gündən az qalmış vaxtda təqdim edilərsə yuxarıda qeyd olunan şərt prezidentə "sakit veto" hüququ verir. Buna bəzən "cib vetosu" da deyirlər.

Bir çox başqa dövlətlərdə də analoji sistemlər mövcuddur; təkcə müddət fərqli ola bilir: məsələn, Argentina və Braziliyada 10 gün, Filippində 20 gün, Çilidə 30 gün, Finlandiyada isə 3 ay.

Sonuncu Konstitusiyaya əsasən Veto hüququ Rusiyanın qanunvericiliyində də tətbiq olunur.

1. Qəbul edilmiş Federal qanun beş gün ərzində imzalanmaq və elan edilmək üçün Rusiya Federasiyasının Prezidentinə göndərilir.

2. Rusiya Federasiyasının prezidenti on dörd gün ərzində federal qanunu imzalayır və onu elan edir.

3. Əgər Rusiya Federasiyasının prezidenti ona təqdim olunan Federal qanunu on dörd gün ərzində qəbul etməyib geri qaytarırsa, Dövlət Duması və Federasiya Şurası Rusiya Federasiyası Konstitusiyasının müəyyən etdiyi qaydada həmin qanunu bir də müzakirə edir. Əgər təkrar müzakirə vaxtı federal qanun Federasiya Şurası üzvləri və Dövlət Duması deputatlarının ümumi sayının üçdə ikisindən az olmayaraq səs çoxluğu ilə ilkin redaksiyada qəbul edilərsə, prezident onu yeddi gün ərzində imzalamalı və elan etməlidir.

Unutmaq olmaz ki, demokratik cəmiyyətdə qanunların qəbul edilməsi, müstəqim və ya yarı-müstəqim demokratiya əsasında, qismən də olsa, xalqa həvalə edilir. İctimai rəyin ifadə edilməsinin ən geniş yayılmış forması referendumdur. Referendum bu və ya digər məsələyə dair ümumxalq səsverməsidir. Ondan daha çox konstitusiya məsələlərini həll etmək üçün istifadə olunur.

Bir sıra parlament demokratiyaları şəraitində referendum təyin etmək hüququ icra hakimiyyətinə məxsusdur (Fransa, İspaniya), bu isə qanunvericilik strukturlarının müəyyən qədər məhdudlaşdırılmasına kömək edir.

Rusiyanın yeni Konstitusiyasına əsasən referendum Rusiya Federasiyasının Prezidenti tərəfindən təyin edilir.

Bir şeyə də nəzər salaq: müxtəlif dövlətlərin Konstitusiyalarında ekstremal şəraitdə, fövqəladə vəziyyət elan olunmalı hallarda icra hakimiyyətinin və qanunverici hakimiyyətin hüquqlarına müxtəlif münasibət var. Məsələn, Fransada fövqəladə vəziyyət elan etmək hüququna Respublika prezidenti malikdir və fövqəladə vəziyyət müddətinə parlament qanunvericilik hakimiyyətini itirir. Fransa Konstitusiyasına görə müstəsna hallarda prezident özü hökuməti də, parlamentin hər iki palatasını da, dövlət hakimiyyətinin bütün başqa orqanlarmı da əvəz edə bilər. Lakin əksər ölkələrdə analoji hallarda fövqəladə vəziyyət tətbiq edilməsi parlamentə öz vəzifələrini yerinə yetirməyə mane olmur.

Rusiya Federasiyası ərazisində və ya onun ayrı-ayrı hissələrində Prezident fövqəladə vəziyyət tətbiq edərkən dərhal bu barədə Federasiya Şurasına və Dövlət Dumasına məlumat verir. Onu da qeyd etmək lazımdır ki, Rusiya Federasiyasının Əsas Qanununa görə hərbi və fövqəladə vəziyyətin fəaliyyəti dövründə Dövlət Duması buraxıla bilməz. Rusiya haqqında danışarkən onu da bilmək lazımdır ki, qanunvericilik təşəbbüsü hüququ, Prezidentdən əlavə, həmçinin öz səlahiyyətlərinə daxil olan məsələlər üzrə, Federasiya Şurasına, Federasiya Şurası üzvlərinə, Rusiya Federasiya Hökumətinə, Federasiyanın subyektlərinin qanunverici (nümayəndəli) orqanlarına, eləcə də Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Ali Arbitraj Məhkəməsinə məxsusdur.

Dövlət büdcəsinə aid məsələlərə dair qərar qəbul etmək hüququ və ona nəzarət.

Əgər qanunverici orqanların vəzifələrinin tarixinə nəzər salsaq görərik ki, bəzi ölkələrdə xalq öncə öz nümayəndələrinin vasitəsilə vergiləri təsdiq edib-etməmək hüququ əldə edib, və yalnız bundan sonra qanunvericilik hüququ tələb etməyə başlamışdı. Xüsusilə də, Böyük Britaniya parlamentinin Ümumilər Palatası öncə büdcəyə nəzarət etmə hüququ, sonradan petisiya (müştərək ərizə) vermək hüququ qazanmış və yalnız bundan sonra qanunverici orqana çevrilmişdi.

Müasir şəraitdə büdcəyə nəzarət etmək və büdcə vəsaitinin bölüşdürülməsi çox vaxt icra hakimiyyəti tərəfindən məhdudlaşdırılır. Dövlət xəzinəsini sərf etmək və ona nəzarət etmək hüququ hökumətlərə verilir: onların vəzifəsi büdcəni təhlükə altına ala bilən heç bir hərəkətə yol verməkdir.

Qanunverici hakimiyyətin üçüncü vəzifəsi icra hakimiyyətinin fəaliyyətinə nəzarət etməkdir.

Şübhəsiz, demokratik ölkələrin qanunverici hakimiyyətlərinin nəzarət mexanizmləri var. Nümunə üçün Amerika Birləşmiş Ştatlarında bu mexanizmin necə işləməsinə nəzər salaq.

ABŞ Prezidenti hər il Konqres qarşısında ölkədə vəziyyət barədə çıxış edir. Bundan əlavə o, bu və ya digər sahədə işlərin vəziyyəti haqqında Konqresə 30 dəfədən çox hesabat verir. ABŞ konstitusiyasına görə impiçment hüququ, yəni vəzifədən uzaqlaşdırmaq, Birləşmiş Ştatlarda hər hansı fəxri, rəsmi və ya gəlir gətirən vəzifə tutmaq hüququndan məhrum etmək Senatın səlahiyyətlərinə daxildir.

Beləliklə, impiçment qanunverici hakimiyyət tərəfindən həyata keçirilən konstitusion bir prosedurdur. O, fəaliyyət müddəti bitməmiş icra hakimiyyəti nümayəndələrinin əvəz edilməsidir.

Məsələn 1992-ci ildə Braziliyanın Prezidenti Kollar impiçment təhlükəsi altında istefa vermişdi. ABŞ Prezident Nikson da 1975-ci ildə belə hərəkət etmişdi.

Rusiyada, yeni qanunvericiliyə görə, Federasiya Şurası da impiçment hüququna malikdir. Bu halda aşağıdakı prosedur nəzərdə tutulur:
1. Federasiya Şurasının prezidenti vəzifədən uzaqlaşdıra bilməsi üçün Dövlət Dumasının onu dövlətə xəyanətdə və ya başqa bir ağır cinayətdə ittiham etməsi ilə yanaşı Rusiya Federasiyasının Ali Məhkəməsi Prezidentin fəaliyyətində cinayət əməli olduğunu təsdiq etməli, eyni zamanda Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi ittihamın irəli sürülməsində təsbit edilmiş qaydalara riayət olunduğu haqqında qərar çıxarmalıdır.

2. Dövlət Dumasının ittiham irəli sürməsi və Federasiya Şurasının Prezidenti vəzifədən uzaqlaşdırması haqqında qərarlar Dövlət Dumasının üzvlərinin üçdə birinin təşəbbüslə çıxış etməsi və Dövlət Dumasının təşkil etdiyi xüsusi komissiyanın rəyinə əsasən səsə qoyulmalı və hər palatanın üzvlərinin ümumi sayının üçdə ikisi ilə qəbul edilməlidir.

3. Federasiya Şurasının Prezidenti vəzifəsindən uzaqlaşdırmaq haqqında qərarı Dövlət Dumasının Prezidentə qarşı ittihamla çıxış etməsindən sonra üç aydan gec olmayaraq qəbul edilməlidir. Əgər bu müddətdə Federasiya Şurası qərar qəbul etməzsə, Prezidentə qarşı ittiham rədd edilmiş hesab edilir.

Beləliklə, qanunverici hakimiyyətin çox böyük hüquqi qüvvəyə malik qanunlar çıxarmağa müstəsna hüququ var.

Bir məlum faktı qeyd etmək lazımdır ki, monarxiya şəraitində belə bir hüquq yalnız monarxa məxsusdur. Digər hakimiyyət formalarında bir neçə variant mümkündür:

Qədim Afinada ümumxalq səsverməsindən istifadə edilirdi. Beşyüzlər Şurası da var idi. Onun vəzifələri xalq yığıncağında daim fəaliyyət göstərən prezidiumu xatırladırdı. Onu da demək lazımdır ki, Şura xalq yığıncağı tərəfindən seçilirdi.

Qədim Romada qanunvericilik funksiyaları
1) xalq yığıncağı tərəfindən,
2) senat tərəfindən,
3) konsullar (xalq yığıncağı tərəfindən seçilmiş yüksək vəzifəli şəxslər) tərəfindən həyata keçirilirdi.


Müasir şəraitdə, söhbət demokratik dövlətlərdən gedərkən, bu vəzifələr xalq nümayəndələrinə məxsusdur. Yəni nümayəndəli orqanların vəzifəsi ümumxalq rifahı maraqlarını müəyyənləşdirmək və onları peşəkarlıqla şərh etməkdir. Seçicilər isə, öz növbələrində, elə bir mexanizm hazırlamalıdırlar ki, onun sayəsində nümayəndələrin ümumxalq rifahı məsələlərinin həllinə can atacaqlarına müəyyən təminatları olsun. Dünya demokratiya təcrübəsində belə mexanizmlər aşağıdakılar ola bilər.

1. Növbəti seçkilərdə deputata etimad göstərilməməsi.

2. Deputatı geri çağırmaq hüququnun tətbiq edilməsi.

3. Referendum və ya plebistit (ümumxalq rəy sorğusu) keçirilməsi.

Referendumlardan geniş surətdə istifadə edilməsi və nümayəndəli orqanların effektiv işi arasında qarşılıqlı münasibət bəzi ölkələrdə xalqın ifadəsini müəyyənləşdirmək və onu qanunvericiliklə formalaşdırmaq üçün çevik sistem yaradır. İsveçrə buna parlaq nümunə ola bilər. Belə bir fikir var ki, plebistit xalqın iradəsini daha dolğun və effektiv surətdə ifadə edir.

Bu fikir barədə düşünün. Onun lehinə və əleyhinə öz dəlillərinizi təklif edin.

Əlbəttə, bu suala birmənalı cavab vermək çətindir. Müasir şəraitdə qanunvericiliklə müəyyənləşdirilmiş problemlər xeyli çətinləşmişdir, indi ictimai rəyi istədiyiniz səmtə yönəltmək üçün çox geniş imkanlar var, siyasət daha çox peşəkarların meydanına çevrilmişdir. Bizə elə gəlir ki, bu şəraitdə nümayəndəli və müstəqim demokratiyaların əlaqələndirilməsinə üstünlük vermək lazımdır. Yalnız bu halda ictimai rəyi və xalqın siyasi qərarların qəbul edilməsində iştirakmı öyrənmək, digər tərəfdən ictimai rəyi peşəkar qanunvericiliklə müəyyənləşdirilməsinin optimal variantmı tapmaq mümkündür.

İcra hakimiyyəti.

Demokratiyanın müxtəlif formalarında prezident və baş nazir icra hakimiyyətini təmsil edir. Prezidentlər ümumxalq tərəfindən seçilir və Nazirlər kabinetini formalaşdırırlar. Hakimiyyətin parlament formasında seçkilərdə çoxluq qazanmış partiya və ya koalisiya nazirlər kabinetini formalaşdırır və baş nazir təyin edir.

İcra hakimiyyətinin rəhbərləri müəyyən bir müddətə seçilirlər (təyin olunurlar). Onlar bu vəzifədə ömürlük qala bilməzlər, eləcə də vəzifələrini övladlarına irsən verə bilməzlər. Bəzən hər hansı bir adam və ya ailə, tayfa uzun müddətə hakimiyyəti ələ keçirə bilir, məsələn, Hindistanda Neru ailəsi kimi. Lakin vaxtaşırı keçirilən seçkilərdə bu ailə 1945-ci ildən 1990-cı ilə qədərki dövrdə iki dəfə hakimiyyəti itirmişdi.

Qeyri-demokratik (totalitar) dövlətlərdə ölkə rəhbərləri uzun müddət hakimiyyətdə ola bilərlər. Məsələn, generalissimus Franko İspaniyada 30 il hökmranlıq etmişdi.

Bəzən icra hakimiyyətinin başçısı (prezident) təkrar seçilə bilər. Məsələn, ABŞ-da bir neçə prezident bir neçə müddətə seçiliblər: Ruzvelt (1930, 1940, 1944), Trumen, Eyzenhauer, Reyqan. Lakin, bir qayda olaraq demokratik dövlətlərdə hakimiyyətdə olmağın müddəti Konstitusiya ilə müəyyənləşdirilir. Müxtəlif dövlətlərdə bu müddət 3 ildən 7 ilə qədərdir. Çox vaxt Əsas Qanunda ölkə rəhbərinin neçə dəfə seçilə bilməsi şərti də qeyd edilir. Məsələn ABŞ-ın konstitusiyasında edilən 13-cü düzəlişdə (1951-ci il) deyilir: "Heç kəs Prezident vəzifəsinə iki dəfədən çox müddətə seçilə bilməz..." Partamentli dövlətlərdə çox nadir hallarda baş naziri ikinci müddətə vəzifədə saxlayırlar. İngiltərədə Marqaret Tetçer və AFR-da Helmut Koll müstəsna olaraq üç müddətə baş nazir vəzifəsində olmuşlar.

Prezidentin və ya partiyanın təzə müddətə yenidən seçilməsi üçün əsas meyar ölkədə həyat tərzinin səviyyəsidir.

1964-cü ildə SSRİ-də N. S. Xruşşovun və 1976-cı ildə Britaniyanın baş nazirin C. Kollaqanın (və ya 1991-ci ildə M. Tetçerin) vəzifədən çıxarılmaları yollarını müqayisə edin.

Demokratik dövlətlərdə icra hakimiyyətinin əsas vəzifələri hansılardır?
İcra hakimiyyəti ölkənin maliyyə fəaliyyətini, onun vergi sistemini işləyib hazırlayır və həyata keçirir.

İcra hakimiyyətinin əsas xüsusiyyəti odur ki, o, qanunları tətbiq edir və icra edir, eləcə də qanunvericilik təşəbbüsü ilə çıxış edə bilir.

İcra hakimiyyəti hesabat verməlidir, onun fəaliyyətinə qanunverici orqanlar tərəfindən nəzarət edilir. İcra hakimiyyəti müvafiq aparat olmadan (nazirliklərin, idarə və departamentlərin əməkdaşları) mövcud ola bilməz. Çox vaxt belə hesab edirlər ki, idarə aparatı siyasi cəhətdən neytraldır. O heç icra hakimiyyətindən də asılı deyil, çünki kabinet vəzifədən gedəndə də əməkdaşlar işləməyə davam edirlər. Kabinetin dəyişməsi əslində yeni idarə rəhbərləri və administratorların təyin olunmasına yol açır. İdarəetmə aparatının səriştəsizliyini, vicdansızlığını və başqa çatışmazlığını adətən bütövlükdə icra hakimiyyətinə aid edirlər. Bu hətta baş nazirin istefaya göndərilməsinə də səbəb ola bilər. Bəzən icra hakimiyyətinin başçısı öz aparatının çirkin fəaliyyəti üçün məsuliyyəti öz üzərinə götürməli olur. Məsələn, 70-ci illərin əvvəlində AFR-in kansleri Villi Brandt öz əməkdaşlarının SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ilə əlaqələrinə görə istefaya çıxmışdı. Hərçənd ki, o, haqlı olaraq, sosialist ölkələri ilə qərb ölkələrinin arasında daha sıx əlaqələr yaradılmasının "memarı" hesab edilirdi.

Məhkəmə hakimiyyəti.

Bəşəriyyət tarixində ədalət məhkəməsi heç də həmişə vətəndaşların mənafeyinə cavab verməyib, Qanunun adından, dövlətin adından bütün dövrlərdə çox vaxt qanunsuzluq baş verib, bəzən elə indi də baş verir. Bütün başqa hakimiyyətlər kimi demokratik hakimiyyətin də, sözsüz ki, özünü müdafiə etmək imkanı olmalıdır. Lakin bu müdafiə konstitusiyaya əsaslanmalı, aşkar olmalı, siyasi intriqalara meyl etməməlidir. Elə bu məqsədlər üçün ölkədə Ali məhkəmə hakimiyyəti mövcuddur.

Məhkəmə hakimiyyətinin əsas rolu (vəzifəsi) qanunları şərh etmək və onların ölkədə həyata keçirilməsinə nəzarət etməkdir. Nə üçün qanunun şərh edilməyə ehtiyacı var? Məsələ bundadır ki, qanunlar, xüsusilə də ölkənin Əsas Qanunu (Konstitusiya) konkret şəkildə izah edilməyən ümumi xülasələrdən ibarətdir. Bəzən belə izahatlar xüsusi qərarlarda, təlimatlarda və başqa sənədlərdə verilir. Lakin məhkəmə təhqiqatı tələb edən hər bir konkret halda xüsusi təhsil almış səriştəli hakimlər qanunu şərh etməli və qərar çıxarmalıdırlar.

Məhkəmə hakimiyyətindən danışarkən biz ölkənin Əsas Qanununun həyata keçirilməsinə nəzarət edən, ən böyük və ən mühüm məhkəmə işlərinə baxan, daha aşağı instansiyalar barədə şikayətlərə və ərizələrə baxan Ali Məhkəməni nəzərdə tuturuq. Bəzi ölkələrdə, o cümlədən bizdə, ayrıca olaraq Konstitusiya Məhkəməsi də mövcuddur. Bu məhkəmə yalnız Konstitusiyanın pozulması hallarına baxır.

Nisbətən aşağı səviyyəli məhkəmələr - vilayət, şəhər, rayon məhkəmələri - vətəndaş işlərinə, inzibati qanun pozuntularına, ədalətsizliyə məruz qalan vətəndaşların müraciətlərinə, cinayət işlərinə baxır.

Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin fəaliyyətləri bir çox ölkələrdə dövlət siyasətinə təsir göstərir. Məsələn, Cənubi Afrika Respublikasında yeridilən aparteid siyasəti Ali Məhkəmə tərəfindən pislənmişdi və hökumət bu siyasəti dəyişdirmək məqsədilə müəyyən tədbirlər görməli ol

Trackbacks