Kateqoriyalar
Linklər
Syndicate
RSS 2.0
Atom 0.3
Powered by

“Mən türkəm” dediyinə görə həbs edildi.

2008-06-21 @ 19:56 in Bütöv Azərbaycan

      16 yaşlı Təbriz məktəblisi Məhəmmədrza Əvəzpur İslam İnqilab Məhkəməsinin 118-ci Təbriz bölümü tərəfindən islam inqilabının liderini təhqir etmə ittihamı ilə 6 ay həbsə məhkum olunub. Hazırda məhkəmə qərarından şikayət verməyə hazırlaşan məktəblinin qardaşı Mustafa Əvəzpur deyib ki, Məhəmmədrzanın hökmü onun ötənilki həbsi ilə bağlıdır.2006-cı ilin aprel ayında və

2007-ci ilin sentyabrında həbs olunan Əvəzpurun üzərində daha iki məhkəmə hökmü var.Onu divarda "Mən türkəm" şüarını yazdığına görə pantürkizmdə və dövlət əleyhinə fəaliyyətdə günahlandırırlar.
Qeyd edək ki, Beynəlxalq Amnistiya Təşkilatı 2006-cı ilin mayında həbs olunduğu zaman Əvəzpura işgəncə verilməsinə qarşı etiraz kampaniyası başlamışdı. Həmin vaxt 14 yaşlı məktəblinin iki sutka ayağından asılı vəziyyətdə saxlandığı, ona su, çörək və ayaqyolundan istifadə imkanı verilmədiyi bildirilirdi. M.Əvəzpurun bundan öncəki məhkəmə işlərindən 9 aylıq çəkilməmiş həbs cəzası var. "Mediaforum"un xəbərinə görə, həmin hökmlər və son məhkəmə hökmü ilə bağlı verdiyi şikayətlər təmin olunmazsa, məktəblini 15 aylıq həbs gözləyir.

 

Cavid TURAN


Trackbacks