Azərbaycandan gedən ermənilərə 5 mln. ABŞ dolları maddi ziyan dəyib.

Elmira Süleymanova: «Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zamanı verdiyi maddi itki ilə Azərbaycanın itkisi müqayisə edilməzdir»bunu Ermənistan Miqrasiya Xidmətinin Dağıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycandan gedən ermənilərə 5 mln. ABŞ dolları maddi ziyan dəyməsi barədə yaydığı məlumata münasibət bildirən Azərbaycan Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova bildirib.
E.Süleymanova qeyd edib ki, Azərbaycandan gedən ermənilər öz evlərini satıb gedə bilmək imkanına malik olublar, lakin azərbaycanlı qaçqınların belə bir imkanı olmayıb. «Azərbaycana 60 mlrd. dollar həcmində maddi ziyan dəyib. Bu, hələ maddi itkidir, mənəvi itki isə sözsüz ki daha böyükdür», - deyə E.Süleymanova vurğulayıb.APA


