Kateqoriyalar
Linklər
Syndicate
RSS 2.0
Atom 0.3
Powered by

«

Abbas Lisani azadlığa buraxıla bilər

2008-09-28 @ 12:07 in Bütöv Azərbaycan

      Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Abbas Lisani barəsində Ərdəbil şəhər Polis İdarəsinin qaldırdığı məhkəmə iddiası təmin olunmayıb. Soydaşımızın vəkili Məhəmmədrza Fəqihi bildirib ki, bir müddət əvvəl Ərdəbil şəhər Polis İdarəsi 2006-cı ilin may hadisələri zamanı qurumun inzibati binasına hücumun Abbas Lisani tərəfindən təşkil olunduğu iddiasıyla yerli məhkəməyə müraciət etmişdi.

Məhkəmə isə iddianın əsassız olduğuna dair qərar çıxarıb. Vəkil qeyd edib ki, Abbas Lisaninin cəza müddəti gələn ilin yanvarında tamam olur və milli fəal azadlığa buraxılmalıdır.
Xatırladaq ki, İran Konstitusiyasında cəza müddətinin yarısını tamamlayan məhbusun azadlığına qovuşması təsbit olunub.

QayNar