Kateqoriyalar
Linklər
Syndicate
RSS 2.0
Atom 0.3
Powered by

« | »

Nazirlər Nyu-Yorkda növbəti dəfə bir araya gəldilər

2008-09-27 @ 08:42 in Dağlıq Qarabağ

     Ali Babacanın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıblar.Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Nyu-Yorkda növbəti dəfə bir araya gəldilər. Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahimin qəzetimizə telefonla verdiyi məlumata görə,

nazirlər əvvəlcə ATƏT Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə bir araya gəliblər.Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb. “Görüşdə tərəflər qeyd ediblər ki, bölgədə son dövrlərdə baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların intensivləşdirilməsini zəruri edir”, - deyə X. İbrahim söylədi.
Sonra nazirlər arasında təkbətək görüş keçirilib. Daha sonra isə Türkiyənin xarici işlər naziri Ali Babacan əvvəlcə ermənistanlı həmkarı Edvard Nalbandyanla bir araya gəlib. Yarım saat davam edən Babacan-Nalbandyan görüşündən dərhal sonra Elmar Məmmədyarovun da iştirakı ilə görüş üçtərəfli formatda yenidən davam etdirilib. Son görüşmə isə 25 dəqiqə çəkib. Görüşdən sonra hər üç nazir jurnalistlər qarşısında birgə brifinq veriblər.
Ali Babacan: “Bu gün (dünən-red.) Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə birlikdə regional mövzular ətrafında müzakirələr apardıq. Qafqaz bölgəsinin böyük potensiala malik olduğuna inanırıq. Əgər Qafqazda sülh və sabitliyi təmin edə bilsək, çox şeyə nail ola biləcəyimizə inanırıq. Bu, xalqlarımızın rifahı üçün lazımdır. Bundan əlavə, bu, geopolitik vəziyyətə də müsbət təsir edəcək”, - deyib və çıxışında “Bəzi spesifik regional məsələləri də müzakirə etməyə başladıq”, - cümləsinə yer verib. A. Babacan onu da deyib ki, görüşdə tərəflər daha yaxşı bir siyasi dialoq anlayışı formalaşdırmaq üçün üçtərəfli görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.
Elmar Məmmədyarov isə regionun riskli bölgə olmasına diqqəti çəkib: “Hamımız bu regionda risklərin və çətinliklərin olduğunun fərqindəyik. Ona görə də mövcud problemlər uyğun bir şəkildə həll olunmalıdır”.
Təşəbbüsünə görə Ali Babacana təşəkkür edən Edvard Nalbandyan: “Türkiyənin Qafqaz Platforumu təklifini məmnuniyyətlə qarşılayırıq”, - deyib.
Jurnalistlərin növbəti görüşün nə vaxt baş tutacağı barədə suallarına tərəflər əvvəlcə cavab verməyiblər. Ancaq suallar israrla verilincə Edvard Nalbandyan: “Çox yaxında”, - cavabını verib.