Kateqoriyalar
Linklər
Syndicate
RSS 2.0
Atom 0.3
Powered by

« | »

Prezident yanında Strateji Araşdırmalar Mərkəzi yaradıldı

2007-11-13 @ 06:19 in Gündəm

        Dünən dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir ki, Azərbaycanın dinamik inkişafı və dünya iqtisadiyyatına uğurla inteqrasiyası qloballaşma şəraitində ölkədə dövlət əhəmiyyətli strateji araşdırmaların aparılmasını,

, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair müxtəlif proqnozların verilməsini, cəmiyyətdaxili sosial-siyasi vəziyyətin təhlil olunmasını, sosioloji sorğuların keçirilməsini və respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsini tələb edir. Fərmanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya qarşıdurmasında Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mötəbər elmi konsepsiyaya əsaslanan genişmiqyaslı proqramların həyata keçirilməsinə də ehtiyac duyulduğu vurğulanır. Daha sonra fərmanda dövlət başçısı Azərbaycanda aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasına qərar verib.Fərmanda mərkəzin nizamnaməsi də təsdiq edilib. Strateji Araşdırmalar Mərkəzinin işçilərinin say həddi 30 ştat həddində müəyyənləşdirilib. Ədliyyə Nazirliyinə 15 gün müddətində mərkəzi dövlət qeydiyyatına almaq, Nazirlər Kabinetinə isə bir ay müddətində mərkəzi bina və zəruri avadanlıqla təmin etmək və yeni qurumun maliyyələşdirmə məsələlərini həll etmək tapşırılıb. Fərman imzalandığı gündən qüvvəyə minir.

Comments

[Reply]

Предлагаю услуги по обработке информации, анализ статистических данных проведенных опросов в маркетинге, социологии по программе SPSS , подготовке по полученным результатам аналитических отчетов и их графическое оформление (на азербайджанском, русском и на английском языках). Работаю ГНКАР, МУРБ « Баил Лиманы» начальником компютерного отдела с 1989 года. Имею опыт работы по обработке данных с несколькими центрами исследования и консалтинг компаниями.

(050) 222-18-97 Мамедов Расул

Posted by Мамедов Расул @ 17:38, 2008-09-25