Qalxın

Artıq yetişib, hürriyyətin anları - Qalxın
Qalxın yeni əsrin, yeni insanları - Qalxın.
Türk torpağı öz övladının cəngini bəklər
Işğalçıların üstünə qalxsın, dəyənəklər
Ey yurdumuzun şirləri, aslanları - Qalxın
Qalxın yeni əsrin, yeni insanları - Qalxın.
Hakim kəsilənlər bizə - əcdadı bilinməz
Haqsızlığa vicdanı susanlar, niyə dinməz?
Türk övladı üsyanlara hazırdı, çəkinməz
Sizsiz vətənin sultanı, xaqanları - Qalxın
Qalxın yeni əsrin, yeni insanları - Qalxın.
Fırlandı zaman, tarixi dövran da yetişdi
Qurtulmağımız kifli klandan hünər işdi
Iblis yerinə - postunu şeytanla dəyişdi
Məhv etməyə iblisləri, şeytanları - Qalxın
Qalxın yeni əsrin, yeni insanları - Qalxın.
Bozqurd ucalıqdan düşə bilməz - Uca qalsın
Qan təşnələrindən, qana-qanlarla öc alsın
Gur səslə, Azərbaycanımın himni ucalsın
Seç, hansı böyükdür, iri meydanları - Qalxın
Qalxın yeni əsrin, yeni insanları - Qalxın.
məmbə:http://bayraqdar.azeriblog.com


