Kateqoriyalar
Linklər
Syndicate
RSS 2.0
Atom 0.3
Powered by

Dövlət və siyasi hakimiyyət

2008-06-29 @ 08:27 in Siyasət köşəsi

     Siyasət insan fəaliyyətinin xüsusi bir növüdür. Siyasətçi kütlələrlə iş görür, müxtəlif maraq dairələri olan, bir-birindən bir çox cəhətdən fərqlənən insanların birlikləri ilə, kiçik qruplarla məşğul olur. Siyasi fəaliyyəti həyata keçirmək üçün müəyyən vasitələr, müəyyən təsisatlar tələb olunur.

 (More)

Demokratik cəmiyyətdə insan haqqları

2008-06-12 @ 15:43 in Siyasət köşəsi

      İnsan haqqlarına riayət edilməsi sivil cəmiyyətin göstəricisidir. Lakin hamı tərəfindən qəbul edilmiş bu müddəanın dünyanın müxtəlif regionlarında yerinə yetirilməməsi, vətəndaş haqqları, o cümlədən yaşamaq haqqı kimi müqəddəs olan haqqların tapdalanması hallarına tez-tez rast gəlirik. 

 (More)

Cəmiyyət və demokratik dəyərlər

2008-05-05 @ 05:49 in Siyasət köşəsi

        Beləliklə, birinci fəsildə biz demokratiyanı necə başa düşdüyümüzü və demokratiyada bizi ən çox cəlb edən nə olduğunu izah etməyə çalışdıq. Hər şeydən öncə, Demokratiya şəxsiyyətin azadlıq hüququ və insan şəxsiyyətinə hörmətdir ki, bunları da mövcud hüquqi dövlət təmin etməlidir. Buradan belə bir məntiqi fikir doğur ki, hamı demokratiyaya can atmalıdır; axı o, ən çox arzuedilən hakimiyyət formasıdır. 

 (More)

Demokratiya nədir?

2008-04-27 @ 17:22 in Siyasət köşəsi

    Demokratiya (demos - xalq, kratos - hakimiyyət) yunan sözüdür, «Xalq hakimiyyəti» və ya xalq idarəetməsi deməkdir. Bəşəriyyətin ən ağıllı adamları minillər boyu cəmiyyətin inkişaf tarixini anlamağa çalışmış, fəlsəfi sistemlər yaratmış, elə bir ideal cəmiyyət təsvir etmişlər ki, bu cəmiyyətdə hər kəs həm öz həyatını, həm de öz həmvətənlərinin həyatını yaxşılaşdıra bilsin. 

 (More)

Siyasət fəlsəfəsi

2008-04-27 @ 14:07 in Siyasət köşəsi

    Siyasət fəlsəfəsi siyasətin problemlərini, siyasi sistemləri, siyasi heyvanlar olaraq təyin olunan insanların müəyyən bir siyasi sistem içindəki davranışlarını fəlsəfəyə xas üsullarla ələ alır, daha çox normatif bir xüsusiyyət ifadə edən nəzəri araşdırma növü; fəlsəfənin, siyasi həyatı ələl alan, xüsusilə də dövlətin özü, qaynağı və dəyərini araşdıran elimdir.
Siyasət fəlsəfəsinin ələ aldığı əsas mövzular bunlardır:
 

 (More)

Asala

2008-04-19 @ 07:06 in Siyasət köşəsi

1975-85 ci illərdə k.i.v-nin diqqət mərkəzində olan erməni terror təşkilati Asaladir. Asalanin 1975-ci ildə Fələstin xalqinin muxtariyyət qurmaq üçün fəaliyyətlərindən təsirlənərək qurulduğunu yazanlar olduğu kimi, bir neçə ermənin bir araya gəlməsi ilə qurulduğu və qısa zaman ərzində böyük terror qruplaşması halına gəldiyini yazanlar da oldu.

 (More)

Modernitə nədir?"Peter Osborne"

2008-01-06 @ 23:12 in Siyasət köşəsi

        Postmodern olmaq, əslində modern qalmaqdan başqa bir şey deyildir. Daha doğrusu, postmodern modernitəni gücləndirmişdir, zəiflətməmişdir.Modernitə "modern" özəllik, bir növ "modern" təcrübə və "modern" dönəmdən ibarətdir. Modernitə ideyası yenilikçilikdən və "indiki zamanın" keçmiş zamanla hesablaşıb, bəlli olmayan gələcəyə doğru yönəlişindən yoğrulmuşdur.

 (More)

1 2  Next»