
Diyarbakır ve Revan Eyâletleri'ne mutasarrıf olan Serasker Ahmed Paşa'ya Gence'nin fethinden sonra Şamahı'nın da zabtında askerleriyle birlikte yardım etmesi ve sonra bu arazinin tahriri ile makul bir şekilde halka tahsîsi, memleketlerin sâir işlerinin yürütülmesi husûslarında kendisiyle ittifak etmesine dâir Şirvan Hanı el-Hac Davud'a yazılan hüküm. (Sultan III. Ahmed dönemi)
(More)

Bu Qanun Azərbaycan respublikası Konstitusiyasında vətəndaşların təsbit olunmuş təhsil hüquqlarının təmin edilməsi sahəsində dövlət siyasətinin əsasa prinsiplərini müəyyənləşdirir , təhsil və elmi-tədqiqat fəaliyyətinin ümumi şərtlərinin reallaşmasını nizamlayaraq , təhsilin ayrı-ayrı pillələri üçün müvafiq qanunlar və qanunvericilik aktlarının qəbul edilməsində baza rolunu oynayır.
(More)

Qadir Allah Naminə
İMPERATOR ƏLAHƏZRƏTLƏRİ, Bütün Rusiyanın Ən Şöhrətli və ƏZƏMƏTLİ BÖYÜK HÖKMDARI və İMPERATORU və İran Dövlətinin Sahibi, hökmdarı ƏLAHƏZRƏTLƏRİ Padşahın ÖZ təbəələrinə yüksək hökmdar məhəbbətinə görə, ONLARIN ürəklərinə zidd olan müharibənin fəlakətlərinə son qoymağı və qədimdən Bütün Rusiya İMPERİYASI və İran Dövləti arasında mövcud olmuş səbatlı sülh və xeyirxah qonşu dostluğunu möhkəm əsas üzərində bərpa etməyi səmimi qəlbdən, qarşılıqlı surətdə arzulayaraq bu ədaləti və nicatverici iş üçün aşağıdakıları öz səlahiyyətli Müvəkkilləri təyin etməyi faydalı bilmişlər:
(More)
BİRLEŞMIŞ MİLLETLER GENEL KURULU, 10 ARALIK 1948'DE TOPLANARAK, İNSAN HAKLARI EVRENSEL BİLDİRGESİ'Nİ YAYINLAMIŞTIR.
MADDE 1 :Tüm insanlar özgür, değer ve hak bakımından eşit olarak doğarlar. Akıl ve vicdana sahiptirler. Birbirlerine karşı kardeşlik düşünceleriyle davranmalıdırlar.
MADDE 2 : Herkes; ırk, renk, cinsiyet, dil, din, siyasal ya da başka inançlarına bakılmaksızın eşit haklara sahiptir. İnsanlar ulusal ve toplumsal kökenleri, zenginlikleri, doğuş farklılıkları ya da her hangi başka bir ayrım gözetilmeksizin bu bildirgede belirtilen tüm haklardan ve özgürlüklerden yararlanabilirler.
MADDE 3 : Yaşamak, özgürlük ve kişi güvenliği herkesin hakkıdır.
MADDE 4 : Hiç kimse kölelik ya da kulluk altında bulundurulamaz; kölelik ve köle ticareti her türlü biçimiyle yasaktır.
MADDE 5 : Hiç kimseye işkence yapılamaz; kıyıcı, insanlık dışı, onur kırıcı ceza ve davranışlar uygulanamaz.
(More)
Bələdiyyə vergiləri dedikdə, Vergi Məcəlləsi ilə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur.
Bu bukletdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş və bələdiyyə büdcəsinə ödənilən aşağıdakı vergilər barədə məlumat verilir:
1. fiziki şəxslərin torpaq vergisi
2. fiziki şəxslərin əmlak vergisi
3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
Bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə qərar qəbul edə bilərlər.
(More)
Vergi ödəyiciləri
Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər aksizin ödəyiciləridir.
Xaricdə özü və ya podratçı vasiəsilə aksizli malları istehsal edən və orada vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin ödəyiciləridir.
Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır.
Vergitutma obyekti
Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması, idxal mallar üçün isə aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması vergitutma obyekti sayılır.
İstehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir.
Vergi tutulan əməliyyatın məbləği
Respublika ərazisində istehsal olunan neft məhsulları və tütün məmulatları üçün vergi tutulan əməliyyatın məbləği vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında aldığı və ya almalı olduğu haqqın topdansatış bazar qiymətindən (aksiz və ƏDV çıxılmaqla) aşağı olmayan məbləğidir.
Azərbaycan Respublikasının ərazisində istehsal olunan digər aksizli mallar üçün vergi tutulan əməliyyat istehsal olunan malların miqdarı hesab olunur.
(More)
Vergi ödəyicisinin gəliri (vergidən azad edilən gəlirdən başqa) ilə gəlirdən çıxılan xərci arasındakı fərq onun mənfəətidir.
Mənfəətdən ödənilən vergiyə mənfəət vergisi deyilir.
Vergi ödəyiciləri
Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir.
Fiziki şəxs olmayan hər hansı xarici şəxs birgə sahibkarlıq fəaliyyətinin obyekti olmadığını sübut etməyincə, ona mənfəət vergisinin ödəyicisi olan müəssisə kimi baxılır.
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri mənfəət vergisinin ödəyiciləri deyildirlər.
Vergitutma obyekti
Rezident müəssisə üçün vergitutma öbyekti həm Azərbaycan Respublikasındakı, həm də onun hüdudlarından kənardakı mənbələrdən əldə edilmiş mənfəətdir.
Qeyri-rezident müəssisələr üçün vergitutma obyekti isə yalnız Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilmiş mənfəətdir.
(More)